04 dekabr 2017, 14:30

Əli Nağızadədən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınızla “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində bir qrup şagirdlə birlikdə Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında oldum. Bu aksiya neçə ildir ki, davam edir. Əvvəlki illərdə mənim iki bacım bu aksiyada iştirak etmişdilər. Onlar gəlib öz gözəl təəssüratlarını bölüşəndə mən həvəslə  dinləyirdim. Xoşbəxtlikdən bu il aksiyada iştirak etmək mənə də nəsib oldu. Maarifləndirici tur-aksiya ölkəmizin tarixi məkanları ilə tanış olmaq üçün yaxşı fürsətdir. Bu layihə şagirdlərin hərtərəfli  inkişafına, dünyagörüşlərinin daha da zənginləşməsinə böyük töhfə verir.

Hörmətli Prezidentimiz cənab İlham Əliyev, bu tur-aksiyanın təşkilinə görə bütün Salyan məktəbliləri adından Sizə minnətdarlığımızı bildirirəm. Arzu edirəm ki, inşallah, bu aksiya Azərbaycanın dilbər guşələrindən olan Qarabağımızda keçirilsin.

Hörmətlə,

Nağızadə Əli Taleh oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Kürsəngi kəndi.