05 dekabr 2017, 12:00

Elşən Əhmədovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Yürütdüyünüz siyasətin və davamlı səylərinizin nəticəsidir ki, ölkəmiz uğurla inkişaf edir, qüdrətlənən Azərbaycan dünyada özünü tanıdır.

Respublikamız üçün böyük əhəmiyyət kəsb edən kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə əlaqədar görülən işlər kənd zəhmətkeşlərinin ürəyincədir. Biz də öz növbəmizdə bu təşəbbüsə qoşularaq ailə təsərrüfatımızı genişləndirmiş, 200 qram barama qurdu götürərək bu il 600 kiloqram barama istehsal etmişik.

Möhtərəm cənab Prezident, həm kənd camaatı, həm də ölkəmiz üçün xeyirli sahə olan baramaçılığın inkişafına göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq.

Hörmətlə, 

Əhmədov  Elşən Telman oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Dadaşlı kəndi.