Gerb

05 dekabr 2017, 13:20

Hörmətli cənab Prezidentimiz,

 “Ölkəmizi tanıyaq” tur-aksiyası bütün Salyan məktəbliləri tərəfindən sevinclə qarşılandı. Bu ilki tur-aksiya çərçivəsində ölkəmizin Gəncə, Şəmkir, Göygöl bölgələrini gəzdik. Bu bölgələrin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olduq. Sizlərin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə biz şagirdlərdə əyani təsəvvür yaratdı.

Cənab Prezident, buna görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

 Hörmətlə,

Əmənov Nurlan Tacəddin oğlu

Ədilov Tacəddin Rövşən oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Aşağı Noxudlu kəndi.