“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

05 dekabr 2017, 18:35

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin 1-ci hissəsinin doqquzuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin hissənin onuncu abzası çıxarılsın.

2. 26-cı maddə üzrə:

2.1. adında “Elmi tədqiqat idarələrinin və təşkilatlarının” sözləri “Elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin;

2.2. birinci və üçüncü hissələrdə “Elmi tədqiqat idarələri” sözləri “Elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 26-1-ci maddə əlavə edilsin:

“Maddə 26-1. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar

26-1.1. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatların istiqamətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirir.

26-1.2. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada maliyyələşdirilir.”.

4. 33-cü maddənin 1-ci hissəsinin beşinci abzasında “elmi tədqiqat idarələri” sözləri “elmi müəssisə və təşkilatları” sözləri ilə əvəz edilsin.

5. 34-cü maddənin 1-ci hissəsinin 2-ci bəndində “elmi tədqiqat idarələrinə” sözləri “elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2017-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10