Gerb

06 dekabr 2017, 16:10

Hörmətli cənab Prezident,

Sizin düzgün siyasətiniz və gərgin əməyiniz nəticəsində ölkəmizin qüdrəti gündən-günə artır, iqtisadiyyatımız dinamik inkişaf edir. Respublikamızın bütün bölgələrində olduğu kimi, Salyan rayonunda da sosial layihələr həyata keçirilir, abadlıq və quruculuq işləri davam etdirilir.

Sizin salyanlılara xüsusi rəğbətinizi biz ziyalılar xüsusi ruh yüksəkliyi ilə qarşılayırıq. Salyan şəhərinin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə verdiyiniz Sərəncam bizi çox sevindirdi. Hazırda işlərin icrası sürətlə davam etdirilir. Biz inanırıq ki, Salyanın müasir şəhərə çevrilməsi üçün Sizin diqqət və qayğınız davamlı olacaq.

Cənab Prezident, görülən hər bir işə görə Salyan rayon ziyalıları adından Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və güclü dövlətə çevrilməsi naminə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Salyanlılar daim Sizinlədir, cənab Prezident!

Yaşasın müstəqil Azərbaycan!

 

Hörmətlə,

Piriyev Allahverdi

Atamaliyev Tariyel

Kərimov Rafiq

Axundov Əlsəftər və başqaları (cəmi: 18 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu.