06 dekabr 2017, 16:15

Xanbala Səlimov və Nicat Hüseynovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 16-dan 19-dək Gəncə şəhərində, Göygöl və Şəmkir rayonlarında olduq. Səfər zamanı bu bölgənin tarixi yerlərini öz gözlərimizlə gördük. Biz ökəmizin zəngin tarixə malik olduğuna bir daha əmin olduq və zəngin təəssüratla doğma məktəbimizə qayıtdıq.

Cənab Prezidentimiz, bütün bunlara görə Sizə səmimi minnətdarlığımızı  bildiririk.

Hörmətlə,

Səlimov Xanbala

Hüseynov Nicat.

Azərbaycan Respublikası, Salyan rayonu, Yenikənd kəndi.