“Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli 514 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01 iyul 2011, 23:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 38-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 1322 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli 514 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 412) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamədə:

1.1. 11-ci hissədə “hərbi tədris” sözləri “xüsusi təyinatlı təhsil” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü fəslin adında “Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;

1.3. 31-ci hissədə:

1.3.1. birinci abzasda “Hərbi tədris məktəbləri (HTM) və hərbi litsey kursantlarının (HDQ məktəblərindən başqa)” sözləri “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri (bundan sonra - xüsusi təyinatlı təhsil müəssisələri (XTTM) kursantlarının (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;

1.3.2. üçüncü, dördüncü, beşinci, altıncı, on dördüncü (hər iki halda), on beşinci, on altıncı, on yeddinci və on səkkizinci abzaslarda “HTM-də və hərbi litseydə” sözləri “XTTM-də” sözü ilə əvəz edilsin;

1.4. 32-ci hissədə:

1.4.1. birinci və ikinci abzaslarda “Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;

1.4.2. üçüncü, beşinci və altıncı abzaslarda “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;

1.4.3. yeddinci abzasda “hərbi tədris məktəbinə (hərbi litseyə)” sözləri “xüsusi təyinatlı təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin; 

1.4.4. səkkizinci abzasda “Hərbi tədris məktəbləri” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (hərbi litsey kursantlarından başqa)” sözləri ilə əvəz edilsin;

1.5. 33-cü hissədə:

1.5.1. birinci abzasda “Hərbi tədris məktəbləri və hərbi litsey kursantlarının (HDQ məktəblərindən başqa)” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;

1.5.2. üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci abzaslarda “HTM-də və hərbi litseydə” sözləri “XTTM-də” sözü ilə əvəz edilsin; 

1.5.3. on ikinci abzasda “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;

1.5.4. on dördüncü abzasda (hər iki halda), on beşinci, on altıncı, on yeddinci, on səkkizinci, on doqquzuncu və iyirmi üçüncü abzaslarda “HTM-də və hərbi litseydə” sözləri “XTTM-də” sözü ilə əvəz edilsin;

1.6. 34-cü hissədə:

1.6.1. birinci və ikinci abzaslarda “Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;

1.6.2. üçüncü, beşinci və altıncı abzaslarda “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin; 

1.6.3. yeddinci abzasda “hərbi tədris məktəbinə (hərbi litseyə)” sözləri “xüsusi təyinatlı təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin;

1.6.4. səkkizinci abzasda “Hərbi tədris məktəbləri” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (hərbi litseyin kursantlarından başqa)” sözləri ilə əvəz edilsin;

1.7. 35-ci hissədə:

1.7.1. birinci və ikinci abzaslarda “Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;

1.7.2. üçüncü və beşinci abzaslarda “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;

1.8. 6-cı fəslin adında “Hərbi Dəniz Qüvvələrinin hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;

1.9. 42-ci hissənin birinci abzasında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;

1.10. 43-cü hissədə:

1.10.1. birinci, ikinci, üçüncü və beşinci abzaslarda “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin; 

1.10.2. dördüncü abzasda “hərbi tədris məktəbinə” sözləri “xüsusi təyinatlı təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin;

1.11. 44-cü hissədə:

1.11.1. birinci abzasda “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;

1.11.2. on ikinci abzasda “HDQ HTM” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;

1.12. 45-ci hissədə:

1.12.1. birinci, ikinci, üçüncü və altıncı abzaslarda “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;

1.12.2. dördüncü abzasda “hərbi tədris məktəbinə” sözləri “xüsusi təyinatlı təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin;

1.13. 47-ci hissənin iyirimi beşinci abzasında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;

1.14. 49-cu hissənin səkkizinci abzasında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;

1.15. 53-cü hissədə:

1.15.1. üçüncü abzasda “, hərbi tədris məktəblərinin və hərbi litseyin” sözləri “və xüsusi təyinatlı təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

1.15.2. dördüncü abzasda “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;

1.16. 56-cı hissənin birinci, ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formaları və fərqləndirmə nişanlarının təsvirləri”ndə:

2.1. “Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey kursantlarının geyim forması (xüsusi geyimdən başqa)” üzrə:

2.1.1. adında “Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey” sözləri “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;

2.1.2. 24-cü şəkildə “HTM kursantlarının” sözləri “XTTM kursantlarının” sözləri ilə, “HTM-də və hərbi litseylərdə” sözləri “XTTM-də” akronimi ilə əvəz edilsin;

2.1.3. 25-ci şəkildə “HTM və hərbi litsey” sözləri “XTTM” akronimi ilə, “HTM-də” akronimi “XTTM-də (hərbi litseydən başqa)” sözləri ilə əvəz edilsin;

2.1.4. 27-ci şəkildə “HTM kursantlarının” sözləri “XTTM kursantlarının” sözləri ilə, “HTM-də və hərbi litseylərdə” sözləri “XTTM-də” akronimi ilə əvəz edilsin;

2.1.5. 28-ci şəkildə “HTM və hərbi litsey” sözləri “XTTM” akronimi ilə, “HTM-də” akronimi “XTTM-də (hərbi litseydən başqa)” sözləri ilə əvəz edilsin;

2.2. “HDQ hərbi tədris məktəbləri kursantlarının geyim forması (xüsusi geyimdən başqa)” üzrə:

2.2.1. adında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;

2.2.2. 49-cu, 50-ci, 51-ci, 52-ci və 56-cı şəkillərdə “HDQ HTM” akronimləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;

2.2.3. 53-cü, 54-cü, 55-ci, 57-ci və 58-ci şəkillərdə “HDQ” akronimi “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;

2.3. “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbəyə görə fərqləndirmə nişanları”nın 67-ci şəklində “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə, “HTM” akronimi (hər iki halda) “XTTM (hərbi litsey kursantlarından başqa)” sözləri ilə, “HDQ” akronimi “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2011-ci il. 

SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35