08 dekabr 2017, 13:00

Ramil Gözəlov və Kamil Hüseynovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident

Gündən-günə çiçəklənən, müasirləşən Azərbaycanımızın hər bir bölgəsində müasir tipli məktəblər, təhsil ocaqları fəaliyyət göstərir. Əlbəttə, bütün bunlar hamısı Sizin təhsilə göstərdiyiniz diqqət və qayğınızın bariz nümunələridir.

Bir neçə gün əvvəl Sizin tapşırığınızla həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olduq. Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına səfərimiz, buradakı tarixi abidələrimizlə yaxından tanışlığımız ölkəmizlə bağlı biliklərimizin genişlənməsi üçün böyük təkan oldu.

Möhtərəm Prezident, ölkəmizi daha yaxından tanımaq və öyrənmək üçün bizə yaratdığınız bu şəraitə görə tur-aksiyanın bütün iştirakçıları adından Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində belə tur-aksiyalar tezliklə Azərbaycanın dilbər guşələri olan Şuşaya, Laçına, Xankəndiyə, Kəlbəcərə, Xocalıya və Qubadlıya təşkil olunacaq.

Hörmətlə,

Gözəlov Ramil Rahim oğlu

Hüseynov Kamil Ramil oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Xələc kəndi.