Gerb

08 dekabr 2017, 14:40

Hörmətli cənab Prezident,

Bu yaxınlarda məktəbli övladlarımız Sizin tapşırığınızla təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada iştirak etdilər. Onlar bu ekskursiyadan çox şey görüb-götürdülər. Həm ölkəmiz haqqında biliklərini zənginləşdirdilər, həm də tətil günlərində yaxşı istirahət etdilər. 

Möhtərəm cənab Prezident, övladlarımızın müstəqil dövlətimizə layiqli vətəndaşlar olması üçün belə layihələrin müsbət rolu danılmazdır. Bütün valideynlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Şirinov Novruz Sərdar oğlu

Fəttayeva Samirə Mirfəyyaz qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.