Gerb

08 dekabr 2017, 15:00

Hörmətli cənab Prezident,

Siz ulu öndərimiz Heydər Əliyev siyasi yolunu layiqincə davam etdirərək ölkəmizə böyük uğurlar qazandırır, Azərbaycanı dünyaya daha yaxından tanıtdırırsınız. Siz müstəqil dövlətimizin müdrik rəhbəri, dünya azərbaycanlılarının liderisiniz. Bu uğurlar, eyni zamanda, Sizə güvənən və böyük etimad göstərən Azərbaycan xalqının iradəsini ifadə edir.

Məhz Sizin səylərimiz nəticəsində bu gün ölkəmizdə əmin-amanlıq, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Azərbaycanın maddi-mədəniyyət nümunələri təqdim olunur, ölkəmizdə nüfuzlu beynəlxalq tədbirlər məharətlə təşkil edilir.

Əziz Prezidentimiz, Sizin uğurlarınızı saymaqla bitməz. Bu çətin və şərəfli yolda Sizə və Sizinlə çiyin-çiyinə çalışan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Abbasova Şura.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.