09 dekabr 2017, 15:00

Məleykə Ağayevadan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin noyabrın 28-də Sabirabad rayonuna səfəriniz biz sabirabadlıları çox sevindirdi. Sabirabadda yaradılacaq Sənaye Məhəlləsinin təməlqoyma, rayon gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi yer tutan Bayraq Muzeyinin açılış, rayon mərkəzi xəstəxanasının, həmçinin əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş avtomobil yollarının istifadəyə verilməsi mərasimlərində iştirakınız, Nizami kəndində “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olmağınız bizi çox sevindirdi.

Çox sevinirik ki, Siz respublikamızın digər bölgələri kimi, Sabirabad rayonuna da xüsusi diqqət və qayğı göstərirsiniz. Ümidvarıq ki, Siz bundan sonra da rayonumuza tez-tez səfər edəcək, biz sabirabadlıları sevindirəcəksiniz. Rayonumuzun daha da abadlaşdırılması və yeni quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı noyabrın 30-da imzaladığınız Sərəncamınıza görə də Sizə minnətdarıq.

Cənab Prezident, bütün sabirabadlılar adından Sizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya möhkəm cansağlığı, uzun ömür arzu edirəm.

Hörmətlə,

Ağayeva Məleykə Hafis qızı.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaratəpə kəndi.