09 dekabr 2017, 16:00

Rəhilə Həsənovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Yorulmadan həyata keçirdiyiniz məqsədyönlü siyasət, gördüyünüz işlər, Vətənə, xalqımıza olan böyük sevginiz nəticəsində Azərbaycanımız sürətlə inkişaf edir. Biz Sizi daim dəstəkləyirik. Bütün bunlara görə Qusar camaatı adından Sizə minnətdarlığımızı bildiririk.

Hər bir azərbaycanlı Sizin Vətənə olan sevginizdən ilham alır. Vətənimə layiq iki övlad böyüdüb boya-başa çatdırdığıma görə özümü çox xoşbəxt sayıram.

Hörmətli cənab Prezident, Sizə minnətdarlığımızı bu qısa məktubla ifadə etmək çətindir. Qusarlılar adından Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Həsənova Rəhilə Qazıxan qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.