“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

11 dekabr 2017, 19:03

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 355-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2, II kitab, maddə 221; 2017, № 2, maddə 140) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.0.11-1-ci maddə əlavə edilsin:

“1.0.11-1. ödəniş aləti - şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə;”.

2. 22.3-cü maddənin birinci cümləsinə “(biletə)” sözündən sonra “(gediş haqqının elektron qaydada ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

3. 28.2-ci maddəyə “baqaj qəbzi ilə” sözlərindən sonra “, yaxud gediş haqqının ödəniş alətindən istifadə etməklə ödənilməsi ilə” sözləri əlavə edilsin.

4. 28.3-cü maddəyə “(biletlərin)” sözündən sonra “və ödəniş alətinin” sözləri, “satışı” sözündən sonra “, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanı” sözləri əlavə edilsin.

5. 31.0.1-ci maddəyə “əldə etmək” sözlərindən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddədə “isə” sözü “, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 31.0.1-1-ci maddə əlavə edilsin:

“31.0.1-1. ödəniş aləti əldə etmək və ona vəsait yükləmək;”.

7. 31.0.2-ci maddəyə “marşrutlarında” sözündən sonra “(şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla)” sözləri əlavə edilsin.

8. Aşağıdakı məzmunda 31.0.2-1-ci maddə əlavə edilsin:

“31.0.2-1. müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında gediş haqqı ödəmədən 5 yaşa qədər uşaqları özü ilə aparmaq;”.

9. 32.0.3-cü maddəyə “almaq” və “müvafiq sənədlərə” sözlərindən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

10. 36.0.6-cı maddəyə “aşkar edildikdə” sözlərindən sonra “, yaxud sərnişin gediş haqqını müəyyən edilmiş qaydada ödəmədikdə” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2017-ci il.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04