“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

11 dekabr 2017, 19:09

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 486; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 4; 2004, № 2, maddə 57, № 4, maddə 202, № 7, maddə 507; 2006, № 2, maddə 63, № 12, maddə 1005; 2007, № 5, maddə 437; 2008, № 2, maddə 49; 2009, № 12, maddə 957; 2011, № 12, maddə 1101) 8-ci maddəsinin üçüncü hissəsində “və elmi-tədqiqat idarələrinin” sözləri “müəssisələrinin, elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2017-ci il.