13 dekabr 2017, 17:20

Cəlal Qurbanovdan, Bakı, Azərbaycan

Möhtərəm və əziz Prezidentimiz İlham Əliyev,

Atamın 70 illik yubileyi münasibəti ilə Sizin dekabrın 6-da imzaladığınız Sərəncamınızla 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması bütün ailəmizin, dostlarımızın böyük sevincinə səbəb oldu. Atama göstərdiyiniz bu diqqət və etimada görə Qurbanovlar ailəsi adından Sizə dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk.

Ölkəmizin müxtəlif sahələrdə inkişafında xidmətləri olan insanlara Sizin tərəfinizdən göstərilən yüksək diqqət, verilən dəyər onlar üçün böyük şərəfdir. Biz də belə bir şərəfə layiq görüldüyümüz üçün böyük fərəh hissi keçiririk. Ailə üzvlərimiz - Cavanşir Qurbanovun övladları və nəvələri Sizin rəhbərliyiniz altında Azərbaycanımızın inkişafı naminə daim sədaqətlə xidmət edəcəklər. 

Hörmətli cənab Prezident, bütün ailəmiz adından bir daha Sizə minnətdarlığımızı, dərin hörmət və ehtiramımızı bildiririk.

Qurbanovlar ailəsi adından hörmətlə,

Qurbanov Cəlal Cavanşir oğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü. 

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.