13 dekabr 2017, 18:30

Sədaqət Allahverdiyevadan, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz fəxr edirik ki, Sizin kimi uzaqgörən, alicənab Prezidentimiz var. Biz şəhid ailələri həmişə Sizdən qayğı və dəstək görmüşük. Üzləşdiyimiz problemlərin həlli ilə əlaqədar Sizə müraciətlərimiz hər zaman müsbət nəticələnib. Sizin şəhid ailələrinə olan münasibətinizi el içində təqdir edirik. Ötən ay qızımın evində baş vermiş yanğınla əlaqədar ailəmizə maddi və mənəvi dəstək göstərilməsi də dövlətimizin şəhid ruhuna olan ehtiramından qaynaqlanır.

Möhtərəm cənab Prezident, göstərilən diqqətə görə ailəmiz və bütün gədəbəylilər adından Sizə minnətdarlığımızı bildirir, Ulu Tanrıdan uzun ömür, möhkəm cansağlığı diləyirik. Biz həmişə Sizi dəstəkləyirik.

Hörmətlə,  

Allahverdiyeva Sədaqət Hidat qızı,

şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Arıqıran kəndi.