15 dekabr 2017, 15:40

Yusif Vəliyevdən, Şabran, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin həyata keçirdiyiniz xarici siyasət ölkəmizə uğur gətirir, Azərbaycanın beynəlxalq mövqelərini gündən-günə yaxşılaşdırır, nüfuzunu daha da artırır. Xüsusilə dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi, Prezident Rəcəb Tayyib Ərdoğanla səmimi qardaşlıq münasibətlərinin formalaşdırılması bütövlükdə türk millətinin gücünə güc qatır.

Möhtərəm cənab Prezident, ölkəmizi Sizin kimi müdrik şəxsə əmanət etdiyinə və özündən sonra layiqli davamçı qoyub getdiyinə görə Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.

Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Vəliyev Yusif Nadir oğlu.

 Azərbaycan Respublikası, Şabran rayonu, Uzunboyad kəndi.