19 dekabr 2017, 14:30

Surxay Xəlilovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən sadə və zəhmətkeş kəndliyəm. Halal zəhmətimlə ailəmi dolandırıram.

Sizin baramaçılığın bərpası və inkişaf etdirilməsi üçün həyata keçirdiyiniz tədbirlər biz kənd adamlarını ürəkdən sevindirir. İki ildir ki, mən də bu işlə məşğul olmağa başlamışam. Bu il 154 kiloqram barama təhvil vermişəm və aldığım vəsaitlə ailəmizin xeyli problemini həll etmişəm. Gələn il 250 kiloqram barama təhvil vermək üçün indidən hazırlıq işləri görürəm.

Əziz Prezidentimiz, xalqın qayğısına qaldığınız üçün Tanrı hər zaman Sizə kömək olsun.

Hörmətlə,

Xəlilov Surxay Xəlil oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Nəzəralı kəndi.