İlham Əliyev Xalq Rəssamı Ömər Eldarova “Heydər Əliyev” ordeni təqdim edib

20 dekabr 2017, 11:40
İlham Əliyev Xalq Rəssamı Ömər Eldarova “Heydər Əliyev” ordeni təqdim edib

Prezident İlham Əliyev Xalq Rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordenini təqdim edib.

Prezident İlham Əliyev Xalq Rəssamı, heykəltəraş Ömər Eldarovu qarşıdan gələn yubileyi münasibətilə təbrik etdi, ona yeni yaradıcılıq uğurları arzuladı. Ömər Eldarovun sənətinin artıq neçə onilliklərdir hamımızı sevindirdiyini deyən dövlətimizin başçısı onun yaratdığı əsərlərin xalqımızın maddi-mədəniyyət nümunəsinə çevrildiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Ömər Eldarovun yaratdığı əsərlər ölkəmizdə, həmçinin bir çox keçmiş sovet respublikalarında məşhurdur. Ulu öndər Heydər Əliyevin Ömər Eldarovun sənətini hər zaman yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı onun yaratdığı əsərlərin yüksək mədəniyyət nümunəsi olduğunu vurğuladı. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın, həmçinin Azərbaycan mədəniyyətinin bir sıra məşhur simalarının – Məhəmməd Füzulinin, Natəvanın, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Niyazinin və digərlərinin abidələrinin müəllifi olan Ömər Eldarovun ölkəmizin hüdudlarından uzaqlarda da tanındığını, onun yaratdığı abidələrin xarici ölkələrdə də ucaldıldığını məmnunluqla qeyd etdi. Ömər Eldarovun Rəssamlıq Akademiyasının rektoru kimi də fəaliyyətini yüksək qiymətləndirildiyini deyən Prezident İlham Əliyev gənc kadrların hazırlanmasında onun böyük rol oynadığını qeyd etdi. Dövlətimizin başçısı Ömər Eldarovun Vətəninə və xalqına ləyaqətlə xidmət etdiyini, dərin istedada malik şəxsiyyətinin böyük maraq doğurduğunu vurğuladı. Prezident İlham Əliyev Ömər Eldarovu fəaliyyətinin və xidmətlərinin dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyini, 1997-ci ildə xalqımızın Ümummilli Lideri tərəfindən “İstiqlal” ordeni ilə, 2009-cu ildə Heydər Əliyev mükafatı ilə, 2012-ci ildə “Şərəf” ordeni ilə təltif olunduğunu dedi, indi isə Azərbaycanın ən yüksək mükafatına – “Heydər Əliyev” ordeninə layiq görüldüyünü bildirdi, ona fəaliyyətində yeni uğurlar arzuladı və mükafatı Ömər Eldarova təqdim etdi.

Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov onun fəaliyyətini yüksək qiymətləndirdiyinə və “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və bundan qürur duyduğunu dedi. Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini dərin ehtiramla yad edən Ömər Eldarov Ümummilli Liderin bir çox abidələrinin müəllifi olmaqdan şərəf hissi duyduğunu vurğuladı və qeyd etdi ki, bundan sonra da xalqımıza və Vətənimizə öz yaradıcılığı ilə xidmət göstərməkdə davam edəcək.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35