20 dekabr 2017, 14:10

Mələk Gəncəliyeva və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu yaxınlarda Sumqayıta səfəriniz zamanı Bayraq Muzeyinin açılışında iştirak etməyiniz biz gəncləri çox qürurlandırdı. Əminik ki, bu muzeyin yaradılması gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, onların Vətənə, dövlətə, xalqa məhəbbət ruhunda yetişməsində və bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayacaq.

Möhtərəm cənab Prezident, Sumqayıt şəhərində qısa müddət ərzində böyük işlərin görülməsi məhz Sizin diqqət və qayğınızın nəticəsidir. Buna görə sumqayıtlılar Sizə dərin minnətdarlıqlarını bildirirlər.

Hörmətlə,

Gəncəliyeva Mələk Turab qızı

Mehtiyeva Zülfiyyə Zülfüqar qızı

Hüseynova Aysel Ramiz qızı

Qasımova Ramidə Şahlar qızı

Şiriyeva Nuriyyə İbrahim qızı və başqaları.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.