20 dekabr 2017, 14:25

Gülər Babayevadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bir Sumqayıt sakini olaraq şəhərimizə göstərdiyiniz qayğı və diqqətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizin xüsusi diqqətiniz sayəsində Azərbaycanın digər bölgələri kimi, Sumqayıt da gündən-günə inkişaf edir və gözəlləşir. Sumqayıtda salınan gözəl yollar, yeni bulvar, açılan yeni iş yerləri, gözəl mədəniyyət ocaqları, təmir olunmuş yaşayış binaları Sizin şəhərimizə qayğınızın bariz nümunələridir.

Çox hörmətli Prezidentimiz, bu qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və ölkəmizin inkişafı naminə fəaliyyətinizdə Sizə böyük nailiyyətlər arzu edirəm. Allah Sizə möhkəm cansağlığı, uzun ömür versin.

Hörmətlə,

Babayeva Gülər Qədir qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.