22 dekabr 2017, 14:50

Vüsalə Allahverdiyeva və Səbinə Təhməzovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin şəhərimizə hər gəlişiniz sakinlərimiz üçün əsl bayrama çevrilir. Sizin Sumqayıta sonuncu səfəriniz də bizi çox sevindirdi. Şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə çox minnətdarıq. Çoxmənzilli yaşayış binalarının dam örtüklərinin yenilənməsi, yeni liftlərin quraşdırılması, dənizkənarı bulvarın və yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hər bir sakininin sevincinə səbəb olub.

Hörmətli cənab Prezident, çətin və şərəfli işinizdə Sizə uğurlar arzulayırıq. Allah köməyiniz olsun.

 

Hörmətlə,

Allahverdiyeva Vüsalə Turabxan qızı

Təhməzova Səbinə Mirtahir qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.