Gerb

22 dekabr 2017, 21:56


Azərbaycan Respublikasının 2017-ci
il 15 dekabr tarixli Qanunu
ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

Qızılı rəngli səkkizguşəli ulduzun ön tərəfində relyefli şüaların əhatəsində, medalın mərkəzində yerləşən qızılı dairənin orta hissəsində səkkizguşəli ulduzun fonunda Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir. Qövs boyunca yuxarı hissədə “XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ” sözləri, aşağı hissədə “1993-2018” rəqəmləri həkk olunur. Bütün yazılar və təsvirlər qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı mavi xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Xara lentin aşağı və yuxarı hissələrinə 5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı təbəqə bərkidilir. Xara lentin sol və sağ kənarlarında 1 mm enində ağ rəngli şaquli zolaqlar təsvir olunur.

4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.


Böyük ölçüdə