25 dekabr 2017, 12:30

Mehparə Cavadovadan, Sumqayıt, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin Sumqayıta böyük qayğınız və diqqətiniz nəticəsində şəhərimiz gündən-günə abadlaşır və gözəlləşir.

Şəhərimizin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Sərəncamınızda mənim də adımın yer almasına çox sevindim. Buna görə Sizə təşəkkürümüzü bildirirəm.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə Sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailənizə xoşbəxtlik arzulayıram.

 

Hörmətlə,

Cavadova Mehparə Allahverdi qızı, Əməkdar Həkim.

Azərbaycan Prezidenti, Sumqayıt şəhəri.