Gerb

25 dekabr 2017, 12:40

Möhtərəm cənab Prezident,

Sizin tapşırığınıza uyğun olaraq hər cür şəraitə malik yeni fərdi evlərin inşa edilərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində bizə verilməsi hər birimizə böyük hədiyyənizdir. Bayramlar ərəfəsində bizə sonsuz sevinc bəxş etdiyinizə görə ailələrimiz adından Sizə dərin minnətdarlığımızı bildirir, ad gününüz münasibətilə Zati-alinizi təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın daha firavan gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətli cənab Prezident, Sizin daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyir və müdafiə edirik. Biz hər zaman Sizinləyik. Ad gününüz münasibətilə bir daha Zati-alinizi təbrik edir, Sizə ən xoş arzularımızı çatdırırıq.

Dərin hörmətlə və ehtiramla,

 

Qasımov Natiq Tofiq oğlu, 2-ci qrup Qarabağ müharibəsi əlili

Səfərov Zahid Hümbətalı oğlu, şəhid ailəsinin üzvü

Tanrıverdiyev Natiq Yəhya oğlu, 2-ci qrup Qarabağ müharibəsi əlili

Quliyev Kamil Şıxı oğlu, 2-ci qrup Qarabağ müharibəsi əlili

Teyyubova Aytəkin Fazil oğlu, Qarabağ müharibəsi əlili ailəsinin üzvü.

Azərbaycan Respublikası, Goranboy rayonu.