Rusiyanın Stavropol diyarının dördüncü çağırış Dumasının deputatı, “SRV” Hüquq Agentliyi” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Roman Saviçevdən

25 dekabr 2017, 18:14

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Hər bir insanın ömründə bu əlamətdar gün illər boyu qazanılmış həyat müdrikliyi, peşəkarlıq, qiymətli biliklər və enerji baqajının, iş qabiliyyətinin və öz qüvvəsinə inamın gözəl birliyinin təcəssümüdür.

Sizin üçün bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və gümrahlıq, bütün niyyətlərinizin həyata keçməsi üçün tükənməz fiziki və mənəvi qüvvə arzu edirəm. Qoy, Sizin bütün işləriniz uğurlu olsun, nikbinlik və xoş əhval-ruhiyyə Sizi heç vaxt tərk etməsin, hər yeni gün Sizə sülh, harmoniya və xoşbəxtlik gətirsin.

Hörmətlə,

Roman Saviçev

Rusiyanın Stavropol diyarının dördüncü çağırış Dumasının deputatı,

“SRV” Hüquq Agentliyi” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru