Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan

25 dekabr 2017, 18:01

Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru, Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan olan bütün dostlarınız adından təbrik edirəm.

Fürsətdən istifadə edib, çoxsaylı təşəbbüslərimizi dəstəklədiyinizə, bizim Alma Mater-ə səmimi duyğularınıza və Universitetin gələcəyinə laqeyd olmadığınıza görə Sizə bir daha xüsusi hörmətimi və dərin minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə işinizdə yeni uğurlar qazanmaq üçün tükənməz qüvvə və ilham arzu edirəm.

Dərin hörmətlə,

 

Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki