Gerb

23 iyun 2010, 15:40
400

Prezident İlham Əliyev BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (İFAD) prezidenti Kanayo Nunzeni qəbul etmişdir.

Dövlət başçısı Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinin ölkəmizin qarşısında duran prioritet məsələlərdən biri olduğunu qeyd etmiş və bu istiqamətdə əldə olunan uğurlardan danışmışdır.

Kanayo Nunze Azərbaycanın müstəqilliyini bərpa etdiyi qısa müddət ərzində böyük inkişafa nail olmasının önəmini vurğulayaraq bu münasibətlə dövlətimizin başçısını təbrik etmişdir.

Görüşdə Azərbaycan ilə BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR