Gerb

26 dekabr 2017, 16:08

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, firavanlıq, nikbinlik, Azərbaycan Respublikasının tərəqqisi, əmin-amanlığı və sabitliyi naminə bundan sonra da uğurlu və səmərəli fəaliyyət arzulayır, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza ən xoş diləklərimi bildirirəm.

Hörmətlə,

 

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri