26 dekabr 2017, 18:45

Mətin Kamaldan, Naxçıvan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycanın əldə etdiyi bütün uğurların və inkişafın əsas güc mənbəyi, heç şübhəsiz, ölkənin enerji resurslarından səmərəli istifadə və bu istiqamətdə davam etdirilən düzgün strategiyadır. Artıq neftimizlə yanaşı, mavi yanacağımız da Avropa bazarına çıxarılır. Bir sözlə, bu gün Azərbaycan Qərbin enerji təhlükəsizliyində əvəzsiz rol oynayır.

Cənab Prezident, bu gücün mənbəyi həm də xalqdır. O xalq ki, Sizə güvənir. Niyə də güvənməsin ki? Siz xalqla səmimi münasibət qura bilmisiniz, onun qayğısına qalırsınız. Siz hər bir vətəndaşın istəyini və xahişini nəzərə alırsınız. Vətəndaşlar Sizə inanır. Çünki verilən vədlər söz olaraq qalmır, icra olunur. Əminliklə deyə bilərik ki, Azərbaycanın sükanı etibarlı əllərdədir.

Çox hörmətli Prezidentimiz, müasir Azərbaycanı dünyaya tanıdan bu siyasətin arxasında xalqın etimadını qazanan dövlət başçımızın imzası dayanır. Müdrik siyasətinizlə bizi inkişafa doğru apardığınız üçün Sizə minnətdarıq.

Hörmətlə,

Mətin Kamal Natiq oğlu.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası.