Gerb

26 dekabr 2017, 19:05

Hörmətli cənab Prezident,

Kənd təsərrüfatının inkişafındakı xidmətlərimə görə məni 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdiyinizə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Allah Sizi başımızın üstündən əskik etməsin.

Ötən əsrin 70-ci illərində ulu öndərimiz Heydər Əliyev hər dəfə Sabirabada gələndə mənim pambıq sahəmdə olur və tövsiyələrini verirdi. Ulu Öndərin sayəsində mənə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ad verilmişdi. Dahi rəhbərimizin layiqli davamçısı olaraq Siz də zəhmətkeşləri həmişə diqqətdə saxlayır, hər zaman onların qayğısını çəkirsiniz.

Sizin Sabirabada hər gəlişiniz bizim üçün əsl bayrama çevrilir. Bu il noyabrın 28-də rayonumuza səfəriniz də bizə səylə işləmək əzmi verdi. Əməyimi yüksək qiymətləndirərək məni layiq gördüyünüz yüksək fəxri ada görə Sizə bir daha minnətdaram.

Hörmətli cənab Prezident, Siz bu yaxınlarda doğum gününüzü qeyd etdiniz. Sizin doğum gününüz bizim hər birimiz üçün bayramdır. Nə yaxşı ki, varsınız. Nə yaxşı ki, Mehriban xanım, Sizə layiq övladlarınız var. Sizi doğum gününüz, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Bu xoş günlərdə Sizə möhkəm cansağlığı, ailə səadəti arzulayır, Azərbaycanımıza isə Sizin rəhbərliyinizlə daha böyük uğurlar diləyirəm.

Dərin hörmətlə,

Hüseynova Fatma Rza qızı.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaratəpə kəndi.