28 dekabr 2017, 14:00

Kamil İbadovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sumqayıtda görülən abadlıq işlərini müntəzəm olaraq nəzarətdə saxlamağınız şəhər sakinlərini sevindirir, onlarda ruh yüksəkliyi yaradır. Aparılan abadlıq işləri gənclərin Sumqayıtın bu gününə və sabahına bağlılığını artırır, hamının məsuliyyət hissini gücləndirir və sakinləri daha da əzmlə çalışmağa sövq edir.

Sadə həkimlik fəaliyyətimi yüksək qiymətləndirərək məni “Əməkdar həkim” fəxri adı ilə təltif etdiyinizə görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə minnətdarlığımı bildirir, Zati-alinizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi doğum gününüz, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinizdə Sizə yeni müvəffəqiyyətlər arzulayıram.

Yaşasın möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən Azərbaycan Respublikası!

Hörmətlə,

İbadov Kamil, həkim.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.