29 dekabr 2017, 14:15

Valeh Cəfərovdan, Sumqayıt, Azərbaycan

Çox hörmətli cənab Prezıdent,

Həyatımın 40 ildən çoxu Azərbaycan elminin inkişafı və tərəqqisi ilə bağlı olub. Elmi tədqiqat işlərim Sumqayıt şəhərində ekoloji mühitin sağlamlaşdırılmasına, ən son yeniliklərin istehsalatda tətbiqinə yönəlib. Mən dövlətimizi və dövlətçiliyimizi daim dəstəkləmişəm, ictimai-siyasi həyatda fəal olmağa çalışmışam.

Hörmətli cənab Prezident, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərimə görə dekabrın 21-də imzaladığınız Sərəncamınızla məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinzə görə çox sağ olun. Sadə əməyimə verdiyiniz bu yüksək mükafata görə şəxsən öz adımdan və ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu mükafatı kimyaçılar ailəsinin əməyinə verilən yüksək dəyər hesab edirəm.

Möhtərəm cənab Prezident, bu mükafat məni daha yaxşı işləməyə ruhlandırıb. Əmin olun ki, bundan sonra da müstəqil Azərbaycanımıza sədaqətlə xidmət edəcək, ölkəmizin inkişafı naminə fəaliyyətinizdə Sizə dəstək olacağam.

Hörmətlə,

 

Cəfərov Valeh Cabbar oğlu,

AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.