Gerb

29 dekabr 2017, 18:00

Hörmətli cənab Sədr,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 dekabr 2017-ci il.