Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan

04 yanvar 2018, 16:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Qoy Sizin yüksək nüfuzunuz və zəngin təcrübəniz, doğma ölkənizin firavanlaşması naminə yorulmadan qurub-yaratmaq istəyiniz və dövlətinizin vətəndaşlarına qeyd-şərtsiz dəstəyiniz bundan sonra da Azərbaycan Respublikasının hərtərəfli inkişafının möhkəm təməli olsun.

Ümidvaram ki, Tatarıstan ilə Azərbaycan arasında ənənəvi qarşılıqlı anlaşma və dostluq ruhunda çoxtərəfli qarşılıqlı fəaliyyətin səmərəli inkişafı davam edəcək. Əminəm ki, dərin məzmunlu Tatarıstan-Azərbaycan əlaqələri Rusiya ilə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq potensialının artmasına xidmət edəcək.

Dərin hörmətlə, Sizə və yaxınlarınıza ən xoş arzularla,

 

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10