06 yanvar 2018, 15:30

Reyhan Zeynalovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

İlk növbədə, Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Sizə cansağlığı, uzun ömür və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. 
Sizin şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqəti həmişə öz üzərimizdə hiss edirik. Şəhid olmuş həyat yoldaşımın anım günündə biz mənzillə təmin olunduq. Buna görə Sizə minnətdarıq. 

Əziz Prezidentimiz, bizə göstərdiyiniz qayğıya, xahiş və istəklərimizin hər zaman nəzərə alınmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk. 
Hörmətlə,

Zeynalova Reyhan Rəhim qızı 

Şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.