Gerb

23 iyun 2010, 17:40
398

Prezident İlham Əliyev İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirmişdir.

Seyid Şəmsəddin Hüseyni İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırmışdır. Qonaq İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısındakı çıxışına görə bütün həmkarları adından Prezident İlham Əliyevə təşəkkür etmişdir.

Dövlət başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etmişdir.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR