İlham Əliyev Nigeriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

08 yanvar 2018, 14:10
İlham Əliyev Nigeriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin etimadnaməsini qəbul edib.

Səfir Hamzat İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Hamzat İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Nigeriyanın Azərbaycan üçün qardaş ölkə olduğunu vurğulayaraq ölkələrimizin beynəlxalq səviyyədə, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyətini qeyd etdi. Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfəni vurğulayan Prezident İlham Əliyev bununla bağlı ölkəmizdə bir sıra mühüm tədbirlərin keçirildiyini bildirərək, ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin əhəmiyyətini qeyd etdi. Siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı, eyni zamanda, qarşılıqlı ticarətin səviyyəsinin artırılması, investisiya qoyuluşu, biznes sahəsində əməkdaşlıq imkanlarının müəyyən edilməsinin önəmini vurğuladı və bu baxımdan iki ölkə arasında müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin zəruriliyini bildirdi.

Səfir Hamzat İbrahim Nigeriya Prezidenti Məhəmməd Buxarinin salamlarını dövlətimizin başçısına çatdırdı. Hamzat İbrahim ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu qeyd edərək iqtisadi əməkdaşlığımızın bu səviyyəyə uyğun olmadığını dedi. O, Bakıya bu səfəri zamanı Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yollarının müəyyənləşdiriləcəyini bildirdi. Ölkələrimizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulayan səfir turizm, təhsil, ticarət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Görüşdə əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, ticarət, müdafiə sənayesi və digər sahələrdə inkişaf etdirilməsinin vacibliyi vurğulandı və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılmasının məqsədəuyğun olduğu qeyd edildi.

Dövlət başçısı Nigeriya Prezidenti Məhəmməd Buxarinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya Prezidentinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10