12 yanvar 2018, 18:20

Azad Məmmədovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir. Son illərdə yüzlərlə tibb ocağının tikilməsi və ya əsaslı təmir olunması, əhalinin kütləvi şəkildə tibbi müayinəyə cəlb edilməsi, ölkəmizə ən müasir avadanlıqların gətirilməsi və digər işlər əhali tərəfindən çox müsbət qarşılanır. 

Mənim iki yaşlı övladım onkoloji xəstədir. O, müalicə üçün tez-tez terapiya kursları keçir və bunun müsbət nəticəsini görürük. 

Əziz Prezidentimiz, əhalinin sağlamlığının qorunmasına göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İlk günlərini yaşadığımız 2018-ci ildə Sizə uğurlar arzulayıram. 

Hörmətlə,

Məmmədov Azad Bahəddin oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.