22 yanvar 2018, 17:45

Vəliyət Məmmədovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sakini olduğum Salyan rayonunun Qaraçala qəsəbəsindən rayonun Düzənlik, Peyk, Birinci Varlı və İkinci Varlı kəndlərinə qədər avtomobil yollarının təmirinə, həmin yollara asfalt örtüyünün çəkilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Son illərdə qəsəbəmizin sosial problemlərinin həll istiqamətində mühüm işlər görülmüşdür. Sözsüz ki, avtomobil yollarının təmiri nəqliyyatın yaxşılaşdırılmasına və qəsəbəmizin inkişafına gətirib çıxaracaqdır. Bu, bizim üçün əlbəttə ki, böyük bir töhfədir.

Möhtərəm Prezident, qəsəbəmizin sosial-iqtisadi inkişafına göstərilən diqqətə görə Sizə təşəkkür edirəm. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Məmmədov Vəliyət İmaməli oğlu

Azərbaycan Respublikası, Salyan rayonu, Qaraçala qəsəbəsi.