İlham Əliyevin Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşü olub

22 yanvar 2018, 21:00
İlham Əliyevin Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olundu. Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edildi. “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo