Gerb

24 yanvar 2018, 13:50

Hörmətli cənab Prezident.

İlk ayını yaşadığımız yeni 2018-ci ildə Sizə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, dövlətinizin daha da qüdrətlənməsi üçün tükənməz güc diləyir və ən xoş arzularımı çatdırıram.

Tale elə gətirib ki, mən 16 ildən çox Azərbaycanda, Gəncə şəhərində yaşamışam. Bu illərin çoxu Sizin atanız ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövrünə təsadüf edib. O dahi şəxsiyyəti və Ulu Öndərin dövlət quruculuğu istiqamətində gördüyü işləri biz hələ çox xatırlayacağıq.

Azərbaycanda keçirdiyim illər yaddaşımda əbədi qalacaqdır. Mən oranın təbiətini, insanlarını, mətbəxini, mədəniyyətini çox sevirəm. Qohumlarım hazırda Bakıda yaşayır. Mən onlara qonaq gedəndə paytaxtı gəzir, həmçinin Gəncəyə baş çəkirəm. Səyahət zamanı gördüyüm yüksək səviyyəli yollar, təmizlik, abadlıq işləri, xoş münasibət qəlbimi fəth edir.

Cənab Prezident, ölkənizin simasını dəyişdiyinizə, daha da gözəlləşdirdiyinizə görə Sizə “Çox sağ olun” deyirəm.

Hörmətlə,

Turova Raisa.

Rusiya Federasiyası, Krasnodar vilayəti, Krapotkin şəhəri.