25 yanvar 2018, 14:15

Teymur Şahmarov və başqalarından, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Saatlı rayonunun Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı yeni ilin ilk günlərində imzaladığınız Sərəncamınız minlərlə sakinin böyük sevincinə səbəb oldu və onlarda  ruh yüksəkliyi yaratdı. Bu, Sizin Saatlı rayonuna olan diqqət və qayğınızın bariz nümunəsidir.

Əziz Prezidentimiz, biz kənd adamları - Saatlı rayon ziyalıları və nümayəndələri bu Sərəncama görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

 

Şahmarov Teymur

Səlimov Möhübbət

Behbudov Cavanəli

Behbudov Comərd

Abasov Ağababa

Şahmarov Saniq.

Azərbaycan Respublikası, Saatlı rayonu, Əhmədbəyli kəndi.