26 yanvar 2018, 12:15

V.Mustafayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizi ildən-ilə yeni-yeni qələbələrə, ardıcıl tərəqqiyə aparan Sizin uğurlu xarici və daxili siyasətiniz hamı kimi, biz televiziya işçilərini də ürəkdən sevindirir və qarşımızda yeni üfüqlər açır.

Siz çoxşaxəli fəaliyyətinizdə həmişə mədəniyyət sahəsini diqqət mərkəzində saxlamış və ona xüsusi qayğı göstərmisiniz. Artıq üçüncü dəfədir ki, müstəqil televiziya kanallarının daha uğurlu fəaliyyəti üçün yetərincə maliyyə dəstəyi göstərirsiniz. İyirmi yaşı keçən il tamam olan, dövlətimizin qüdrətlənməsi naminə daim əzmlə çalışan və Sizin bu sonuncu Sərəncamınızı böyük ruh yüksəkliyi ilə qarşılayıb daha da fərəhlənən kollektivimiz öz yaradıcılıq potensialını səfərbər edərək daha böyük əzmkarlıqla çalışmağı özünün müqəddəs borcu bilir.

Çox hörmətli cənab Prezident, “Space” Müstəqil Teleradio MMC-nin kollektivi Sizə sonsuz minnətdarlığını bildirir, Azərbaycan naminə gördüyünüz və görəcəyiniz işlərdə Sizə uğurlar, uzun ömür, möhkəm cansağlığı arzulayır.

Kollektiv adından dərin hörmətlə,

V.B.Mustafayev,

“Space” Müstəqil Teleradio MMC-nin prezidenti 

Azərbaycan Respublikası, Bakı şəhəri.