Gerb

30 yanvar 2018, 16:00

Hörmətli cənab Prezident,

Bu gün Azərbaycanda aparılan islahatların mühüm bir istiqaməti olan qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sayəsində peşə təhsilinə maraq daha da artıb. Sizin bütün sahələrə, o cümlədən təhsil sahəsinə göstərdiyiniz böyük diqqət və qayğınız nəticəsində peşə təhsili ölkəmizdə prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.

İsmayıllı Peşə Tədris Mərkəzində təhsil alan tələbələrin sürətlə dəyişən əmək bazarının tələblərinə cavab verən səviyyədə, ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlanması yolunda əməli tədbirlər həyata keçirilir. Bütün respublikamızda olduğu kimi, İsmayıllı rayonunda da istər kənd təsərrüfatının, istərsə də sənayenin ayrı-ayrı sahələri üzrə yeni iş yerlərinin yaradılması ixtisaslı kadrların hazırlanması zərurətini yaradır. Bu da öz növbəsində, rəqabətə davamlı ixtisaslı kadrların yetişdirilməsində bizi daha da məsuliyyətli və işimizdə tələbkar olmağa sövq edir.

Cənab Prezident, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında Sərəncamınıza görə Sizə bütün mühəndis-pedaqoji kollektivimiz adından təşəkkürümüzü bildirir, xalqımızın daha firavan gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Muradov Zaur.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.