30 yanvar 2018, 16:15

Şəmsəddin Əhmədov və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

“Ağdam rayonunun Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 4 yanvar tarixli Sərəncamınız cəbhə bölgəsinin sakinlərinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən biri kimi qiymətləndirilir. Buna görə Sizə minnətdarlığımızı bildiririk.

İnanırıq ki, Azərbaycan Respublikasının inkişafı üçün son 25 il ərzində həyata keçirilən məqsədyönlü siyasətin davamlı olaraq, bundan sonra da Siz mənfur qonşularımızla təmas xəttinə yaxın yerləşən rayonların əhalisinin sosial vəziyyətinin və həyat şəraitinin yaxşılaşdırılması üçün bütün mümkün vasitələrdən və imkanlardan istifadə edəcəksiniz.

Cənab Prezident, biz bu yolda Sizə müvəffəqiyyətlər arzulayır, möhkəm cansağlığı, uzun ömür diləyirik.

Ulu Tanrı Sizi qorusun.

Hörmət və ehtiramla,

Əhmədov Şəmsəddin Məhəddin oğlu

Zamanova Rəbiyyə Zaman qızı

Əliyev Xətai Ərzuman oğlu

İbadov Loğman Silyan oğlu və başqaları (cəmi: 37 nəfər).

Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi.