31 yanvar 2018, 12:06

Saday Hüseynovdan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkəmizdə böyük abadlıq və quruculuq işləri görülüb, sürətli inkişafa nail olunub.

İqtisadi inkişafda mühüm rol oynayan yolların əsaslı təmiri və tikintisi xüsusilə qeyd edilməlidir. Sizin Sərəncamınız əsasında Salyan rayonunda yolların yenidən qurulması salyanlılara göstərdiyiniz qayğınızın bariz nümunəsidir. Tikintisi bir müddət əvvəl başa çatmış kənd yolları yüksək keyfiyyəti və müasir standartlara cavab verməsi ilə seçilir. Bütün Salyan əhalisi bu əlamətdar hadisəni müstəqil Azərbaycanın iqtisadi inkişaf tarixinin bir parçası hesab edir və Sizə dərin minnətdarlığını bildirir.

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Sizin tərəfinizdən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan bu gün regionun lider dövlətidir. Sizin rəhbərliyinizlə neft kapitalından düzgün istifadə nəticəsində qeyri-neft sektorundakı inkişaf bir vətəndaş olaraq məni çox sevindirir. Məhz Ulu Öndərimiz və Sizin sayənizdə bu gün Azərbaycan güclü dövlətdir, güclü iqtisadiyyatı, güclü Ordusu və dünya miqyasında öz müstəqil siyasi xətti var. Bütün bunlar xalqla iqtidar birliyinin, xalqın Sizə olan inam və etimadının, Sizin xalq qarşısındakı misilsiz xidmətlərinizin, öz vəzifənizi mükəmməl və vicdanla icra etməyinizin nəticələridir.

Hörmətli cənab Prezident, Azərbaycan dövlətinin güclənməsinə və xalqa xidmətlərinizə görə Sizə və Sizinlə çiyin-çiyinə çalışan birinci xanım Mehriban Əliyevaya bir daha minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Hörmətlə,

Hüseynov Saday Bəybala oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu.