02 fevral 2018, 14:15

Əliqismət Bədəlovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin jurnalistlərə hədiyyə etdiyiniz tam təmirli mənzillərdən biri də mənə qismət oldu. Yanvarın 30-da həmin mənzilin açarları və sənədləri mənə təqdim edildi. Siz bununla ailəmizə hədsiz sevinc bəxş etdiniz.

Uzun illər idi ki, qəzalı evdə təhlükəli, dözülməz və ağır şəraitdə yaşayırdıq. Evimizin hər an uçmaq təhlükəsi var idi. Sizin yüksək humanistliyiniz bizi qorxu və təhlükədən xilas etdi. Sizin sayənizdə indi rahat, səliqəli, tam təmirli mənzilimiz var. Sizə hədsiz minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, biz Sizin ətrafınızda sıx birləşmişik və növbəti Prezident seçkilərində də Sizə səs verəcəyik. Sizin kimi Prezidentimiz olduğu üçün qürur duyur və bununla fəxr edirik.

Allah Sizi qorusun.

Hörmətlə,

Bədəlov Əliqismət Əjdər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.