02 fevral 2018, 14:35

Arif Rəşidovdan, Bakı, Azərbaycan

Çox hörmətli, möhtərəm cənab Prezident.

Siz ümummilli lider Heydər Əliyevin siyasətini həm ölkə daxilində, həm də beynəlxalq arenada layiqincə davam etdirir, Azərbaycanı dünyaya tanıdırsınız. Bizim Hövsan qəsəbəsinin sakinləri də Sizin daxili və xarici siyasətinizi bəyənir, ürəkdən dəstəkləyirlər.

Sizin qayğınızın və müvafiq göstərişlərinizin nəticəsidir ki, Hövsan-Zığ yolu əsaslı şəkildə yenidən qurulub və qəsəbəyə nəqliyyatın rahat hərəkəti təmin edilib.

Hörmətli cənab Prezident, şəxsən öz adımdan və yaşadığım qəsəbənin bir qrup gənci adından Sizə dərin minnətdarlığımızı bildirir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzu edirəm.

Allah Sizi və Azərbaycanı qorusun.

Hörmətlə,

Rəşidov Arif Asif oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.