Ə.İ.Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02 fevral 2018, 15:31

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2018-ci il.